10 C
Baku
Thursday, December 12, 2024

Dövlət xəzinəsi bir günə 350 mln. manat borclanır – Borc faizlər yüksəlir

20 dekabr 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, 200 milyon manat həcmində, AZ0104001984 ISIN-li 1 il tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) və 150 mln. manat həcmində, AZ0106001990 ISIN-li 3 illik gün olan tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

Bu barədə Banker.az-a BFB-dan bildirilir.

1 il (364 gün) tədavül müddətli

Hərrac zamanı 14 investor tərəfindən qiymət intervalı 88.5514 (12.9999%) manat və 95.8989 (4.3%) manat olan 28 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 93.2746(7.25%) manat, orta ölçülmüş qiyməti isə 94.3425(6.0298%) manat olaraq müəyyən edilib. Bir illik dövlət istiqrazları üzrə sonunu hərracda (29 noyabr) 4.37% gəlirlilik olmuşdu.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 213,415,500 manat, yerləşdirilmiş həcmi isə

200,000,000 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 19.12.2023-cü ildir.

Hərrac iştirakçıları 21 dekabr 2022-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Hərrac zamanı 22 investor tərəfindən qiymət intervalı 80.6359(13 %) manat və 92.500 (7.8546%) manat olan 35 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 87.3107 (10%) manat, orta ölçülmüş qiyməti 90.1253(8.8177%) manat müəyyən edilmişdir. Sonuncu dəfə 3 illik dövlət istiqrazlarının orta faizi 6 dekabr hərracında 7.56% təşkil edirdi.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 166,428,200 manat, yerləşdirilmiş həcmi isə 150,000,000 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 16 dekabr 2025-ci il.

Hərrac iştirakçıları 21 dekabr 2022-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

3 il (1092 gün) olan tədavül müddətli 

Hərrac zamanı 22 investor tərəfindən qiymət intervalı 80.6359(13 %) manat və 92.500 (7.8546%) manat olan 35 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 87.3107 (10%) manat, orta ölçülmüş qiyməti 90.1253(8.8177%) manat müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 166,428,200 manat, yerləşdirilmiş həcmi isə 150,000,000 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 16 dekabr 2025-ci il.

Hərrac iştirakçıları 21 dekabr 2022-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Son xəbərlər
Digər xəbərlər