6 C
Baku
Sunday, December 15, 2024

Çinin büdcə kəsiri rekord 1.1 trln. dollara çatıb

“Bloomberg” yazır ki, Çinin 2022-ci ildə büdcə kəsiri rekord həddə çatıb. COVID-19-a qarşı “sıfır tolerantlıq” siyasəti və mənzil bazarında davam edən tənəzzül iqtisadiyyata və dövlət maliyyəsinə nəzərəçarpacaq ziyan vurub.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Agentliyin Çin Maliyyə Nazirliyinin məlumatlarına əsasən apardığı hesablamalara görə, yanvar-noyabr aylarında büdcə kəsiri 7.75 trilyon yuan (1.1 trilyon dollar) təşkil edib. Bu, ötən ilin eyni dövründəkindən təxminən iki dəfə çoxdur. Çinin maliyyə naziri Liu Kunun sözlərinə görə, bu il ümumi büdcə xərclərinin keçən ilki 24.6 trilyon yuandan 26.3 trilyon yuan olacağı gözlənilir.

Bəzi şəhərlərdə istehlakçılar izdihamlı yerlərdən qaçırlar, buna görə də infeksiya yayıldıqca qarşıdakı aylarda işçi qüvvəsi çatışmazlığının və müəssisələrdə fasilələrin artacağı gözlənilir. Həmçinin noyabr ayında avtomobil satışları son altı ayda ilk dəfə azalıb.

Dekabrın əvvəlində Çin epidemiyalar zamanı universal PCR testini ləğv edib və insanlara test təqdim etmədən bir bölgədən digərinə səyahət etməyə icazə verib. Noyabrın sonunda ölkədə sərt koronavirus məhdudiyyətlərinə qarşı kütləvi etirazlar geniş vüsət alıb. Bunun fonunda bəzi şəhər hakimiyyətləri məhdudlaşdırıcı tədbirləri yumşaltmağa başlayıb.

Son xəbərlər
Digər xəbərlər