7 C
Baku
Thursday, December 12, 2024

MTN generallarının əmlaklarına qoyulmuş həbslə bağlı Ali Məhkəməyə müraciət edilib

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, MTN-in Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Əməliyyat-Texniki İdarənin rəisi, general-mayor Natəvan Mirvətova və onların işçiləri barəsində cinayət işi üzrə yenidən Ali Məhkəməyə müraciət edilib.

Müraciət cinayət işi üzrə təqsirləndirilən şəxslərin əmlaklarına qoyulmuş həbslə bağlıdır.

Şikayət məhkəmənin icraatına götürülüb və hakim İlkin Rəcəbovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, təqsirləndirilən şəxslər 2015-ci ildə həbs ediliblər.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Sübahir Qurbanov 14 il, Teymur Quliyev 12 il azadlıqdan məhrum edilib. Natəvan Mirvətova da 5 il sınaq müddətli şərti cəza alıb.

Həmin şəxslərin işçiləri isə müvafiq müddətə azadlıqdan məhrum ediliblər.

Sübahir Qurbanov və Teymur Quliyev Prezidentin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıblar.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər