“Ermənistan sülh müqaviləsi layihəsinin mətnində Azərbaycana təminatçılıq institutu yaratmağı təklif edib”.
Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan dekabrın 22-də Ermənistan parlamentində keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, bu təsisat müqavilənin icrasını təmin etmək üçün nəzərdə tutulur: “Bundan başqa, yaranacaq həlli mümkün olmayan böhranla bağlı Beynəlxalq Məhkəməyə müraciət mexanizminin yaradılmasını da təklif etmişik”.