Sabah Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrov arasında görüş keçiriləcək.
Görüş Rusiya XİN-nin Qəbullar Evində baş tutacaq.
Qeyd edək ki, sonuncu dəfə Bayramov və Lavrov arasında görüş Moskvada bu ilin dekabrın 5-də keçirilib.
Rusiya XİN-nin açıqladığı məlumata görə, dekabrın 23-də Azərbaycan, Rusiya və Ermənistan XİN başçılarının görüşünün keçirilməsi planlaşdırılıbmış. Lakin İrəvan nazirlərin üçtərəfli görüşündə iştirakdan imtina edib.