6 C
Baku
Sunday, December 15, 2024

Bankların əhalidən cəlb etdiyi müddətli depozitlərin faizləri artıb

Azərbaycanda milli və xarici valyutada olan müddətli əmanətlərin illik faiz dərəcəsi noyabrda yüksəlib.

Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

2022-ci  ilin noyabrında müddətli əmanətlərin manatda orta faiz dərəcəsi 9.20%-dən 9.31%-ə qədər yüksəlib.

Manatda olan müddətli əmanətlərdə ən çox bahalaşma 3-6 ay aralığında olanlardadır. Bir ay öncə 4.39% olan bu əmanətlərin orta illik faiz dərəcəsi 5.08%-ə qədər yüksəlib.

Xarici valyutada olan depozitlərin orta faiz dərəcəsi isə 1.69%-dən 1.73%-ə yüksəlib.

Fiziki şəxslərin müddətli depozitlərinin faiz dərəcələri:

23434234324

Son xəbərlər
Digər xəbərlər