14 C
Baku
Sunday, November 24, 2024

Lavrov: “Cənubi Qafqaz üzrə “3+3” formatında altıtərəfli görüş hazırlanır”

“Xarici işlər nazirlikləri xətti ilə Cənubi Qafqaz üzrə “3+3” formatında altıtərəfli görüş hazırlanır”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

Rusiyanın xarici işlər naziri Azərbaycanın təşəbbüsü ilə yaradılan platforma çərçivəsində bir görüşün artıq keçirildiyini, lakin Gürcüstan tərəfinin bu görüşdə iştirak etmədiyini xatırladıb.

“Biz artıq nazirlər səviyyəsində görüş hazırlayırıq. Belə görüşün keçirilməsi məqsədəuyğundur. Bu görüşün nə zaman və harada keçiriləcəyini razılaşdırmağa çalışırıq”, – o deyib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər