Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qərbin Ukrayna münaqişəsi ilə bağlı mövqeyini tənqid edib.
O, Qərb ölkələrini vasitəçilik etməyə çalışmadığını, əksinə təxribatları gücləndirdiyini bildirib.
Ərzurumda gənclərlə görüşdə Türkiyə lideri qeyd edib ki, 2022-ci ildə ölkəsi Qara dəniz taxıl dəhlizi ilə bağlı vasitəçiliyi üzərinə götürüb. Təşəbbüsün məqsədi ehtiyacı olan ölkələri ərzaqla təmin etməkdir.