16 C
Baku
Thursday, May 9, 2024

“Sony” və “Honda” oyun konsullu elektromobil buraxacaqlar

Yaponiyanın İT nəhəngi “Sony” və avtomobil istehsalçısı “Honda”nın əməkdaşlığı əsasında yaradılan “Sony Honda Mobility” (SHM) müəssisəsinin nümayəndələri inteqrasiya olunmuş PlayStation 5 oyun konsolu ilə təchiz edilmiş elektromobil haqqında planlarını təsdiqləyiblər.

Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Güman edilir ki, yeni brendin ilk elektromobili Şimali Amerika bazarına 2026-cı ildə çıxacaq. Sonra yenilik Yaponiya və Avropada görünəcək.

“Sony Honda Mobility” hələ bu ilin əvvəlində “Honda” və “Sony”nin güclü tərəflərini birləşdirən müəssisə kimi yaradılmışdır. Tərəfdaşlıq çərçivəsində şirkətlər bir-biri ilə dizayn inkişaflarını, rabitə, musiqi, video və elektron sensorlar sahəsində ən qabaqcıl texnologiyaları bölüşürlər.

Son xəbərlər
 ⁠
Digər xəbərlər