21 C
Baku
Saturday, September 28, 2024

Maliyyə Nazirliyi bu gün fond bazarından 300 mln. manat borc cəlb etdi

27 dekabr 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin AZ0104100018 ISIN-li, 150 milyon manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 23 investor tərəfindən qiymət intervalı 87.7784 (13.9999%) manat və 94.3955 (5.9699%) manat olan 46 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 92.2139 (8.49%) manat, orta ölçülmüş qiyməti isə 92.6227(8.0087%) manat olaraq müəyyən edilmişdir.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 280,500,500 manat, yerləşdirilmiş həcmi isə
120,000,000 manat təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 26.12.2023-cü ildir.


27 dekabr 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0105003997 ISIN-li, 150 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 23 investor tərəfindən qiymət intervalı 78.2700 (17.9%) manat və 95.1773 (7.13%) manat olan 40 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 90.2652 (9.99%) manat, orta ölçülmüş qiyməti isə 91.4869 (9.2604%) manat müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 137,462,100 manat, yerləşdirilmiş həcmi isə 60,000,000 manat təşkil edilmişdir.

Hərrac iştirakçıları 28 dekabr 2022-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. İstiqrazların ödəmə tarixi 24 dekabr 2024-cü ildir.

Son xəbərlər
Digər xəbərlər