16 C
Baku
Friday, November 22, 2024

Azərbaycan bir sıra ölkələrdən idxal məhdudiyyətini ləğv edib

Azərbaycan Danimarkanın, Lesotonun, Laosun, İsveçin, Şimali Makedoniyanın və Rumıniyanın bəzi inzibati ərazi vahidlərindən idxal və tranzitə tətbiq etdiyi müvəqqəti məhdudiyyətini ləğv edib.

Banker.az bu barədə Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.

Belə ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatına əsasən, sözügedən ölkələrin bəzi inzibati ərazi vahidlərində qeydə alınmış aşağı və yüksək patogen quş qripi, blutanq, Nyukasl xəstəlikləri aradan qaldırılıb. Qeyd olunan xəstəliklərin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və xəstəliyə görə epizootik sağlamlıq statusu bərpa olunub.

Bununla əlaqədar, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi” nəzərə alınaraq, aşağı və yüksək patogen quş qripi, blutanq, Nyukasl xəstəliklərinə görə adları sadalanan ölkələrin bəzi inzibati ərazi vahidlərinə tətbiq edilmiş müvəqqəti məhdudiyyət aradan qaldırılıb.

Son xəbərlər
Digər xəbərlər