ABŞ prezidenti Co Bayden dekabrın 29-da Ukraynaya 44.9 milyard dollar təşkil edəcək yardım nəzərə alınmaqla 2023-cü maliyyə ili üçün 1.7 trilyon dollarlıq illik büdcəni təsdiqləyib.
Qeyd edək ki, dekabrın 22-də ABŞ Senatı 2023-cü il üçün 1.7 trilyon dollar məbləğində federal büdcə layihəsini təsdiqləyib. Federal büdcə layihəsində ABŞ-ın müdafiə ehtiyacları üçün 858 milyard dollar, həmçinin Ukrayna və Vaşinqtonun NATO müttəfiqlərinə təxminən 45 milyard dollar yardım nəzərdə tutulub.