Azərbaycanda faktiki inflyasiyanın dinamikası inflyasiya gözləntilərinə də təsir edib.
Banker.az bunu Azərbaycan Mərkəzi Bankının 2023-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə Bəyanatında deyilir.
Dekabr ayında aparılan sorğulara görə, ev təsərrüfatlarının 81.9%-i inflyasiya gözləyir. O cümlədən respondentlərin 22.4%-i inflyasiya tempinin yüksələcəyini düşünür. Real sektor müəssisələri arasında aparılan monitorinqin nəticələrinə görə isə inflyasiya gözləntiləri 11 ayda orta hesabla ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-neft sənayesində və tikintidə azalmış, ticarət və xidmət sektorunda artmışdır.
Hesabat dövründə tədiyə balansının irihəcmli profisiti valyuta bazarında tarazlığa müsbət təsir etmişdir ki, bu da qiymət sabitliyinin başlıca lövbərini – məzənnə sabitliyini dəstəkləmişdir.
2022-ci ilin 11 ayında manatın qeyri-neft ümumi ticarət çəkili nominal effektiv məzənnəsi 7.9% bahalaşmışdır ki, bu da inflyasiyaya məhdudlaşdırıcı təsir etmişdir. Təhlillər göstərir ki, nominal effektiv məzənnənin 10% bahalaşması inflyasiyanı təqribən 3% bəndi azaldır.