“Biz 2023-cü ildə laçınlıları Laçına qaytaracağıq”.
Bu fikri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində deyib.
“Avqustun 26-da – nəzərdə tutulmuş vaxtdan xeyli əvvəl biz Laçın şəhərini də azad etdik və eyni zamanda, Laçın rayonunun Zabux və Sus kəndlərinə də qayıtdıq. Bu da böyük nailiyyətdir”, – dövlət başçısı qeyd edib.
Artıq Laçın şəhərində çox genişmiqyaslı quruculuq-bərpa işlərinin aparıldığını diqqətə çatdıran Azərbaycan Prezidenti bildirib: “Əminəm ki, biz 2023-cü ildə laçınlıları Laçına qaytaracağıq, ilk keçmiş köçkünlər öz doğma torpağına qayıdacaqlar”.