9 C
Baku
Wednesday, December 25, 2024

NATO Serbiyanın Kosovoya qoşun göndərmək tələbini rədd edib

Serbiyanın Kosovonun şimalına qoşun və polis göndərmək tələbi NATO-nun Kosovodakı Sülhməramlı Qüvvələri (KFOR) tərəfindən rədd edilib.

Serbiya Prezidenti Aleksandar Vuçiç KFOR-un BMT-nin 1244 saylı qətnaməsinə istinad edərək Serbiya ordusunun Kosovonun şimalına yerləşdirilməsinə ehtiyac olmadığını bildirdiyini deyib. Qeyd edib ki, KFOR-un vəzifəsi barrikadalarla məşğul olmaq deyil, bölgədə serblərin təhlükəsizliyini təmin etməkdir.

Serbiya Prezidenti Kosovodakı serblərin təhlükəsizliyi üçün NATO-dan və Avropa İttifaqından zəmanət gözlədiklərini bildirib.

Serbiya ordusunun Kosovodakı serbləri qorumağa məcbur edilməsini istəmədiklərini bildirən A.Vuçiç ordunun əvvəlkindən on qat güclü olduğunu qeyd edib.

Xatırladaq ki, Serbiya iki ölkə arasındakı gərginlik fonunda ordu və polisin Kosovonun şimalına yerləşdirilməsi tələbi ilə çıxış etmişdi.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər