İsveç hakimiyyəti hərbi xidmətə çağırışı bərpa edir. Məlumata görə, birinci mərhələdə martın 1-dək 3000 nəfər bələdiyyə xilasetmə orqanlarında dövlət qulluğuna çağırılacaq. Bu barədə İsveçin Baş naziri Ulf Kristersson deyib.
“Bu vətəndaşlıq borcunun nə qədər adamı əhatə edəcəyini hələ bilmirik. Hesab edirik ki, bu gün ictimai xilasetmə xidmətləri yüksək hazırlıq səviyyəsinə, xüsusən də silahlı hücum zamanı tələblərə cavab vermir”, – mesajda deyilir.
Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
Xatırladaq ki, İsveçdə hərbi xidmət ölkənin müdafiə sisteminin bir hissəsidir, hansı ki 1995-2008-ci illərdə olub. Maliyyələşdirmənin dayandırılması səbəbindən ləğv edildikdən sonra hərbi xidmətə çağırış dayandırılıb.