İsrail İrandan Livana silah nəqli kanallarını kəsmək üçün tədbirlər görəcək və Suriyada İranın mövqelərinin güclənməsinə imkan verməyəcək.
Bunu İsrailin yeni müdafiə naziri Yoav Qalant İsrail Müdafiə Qüvvələrinin Şimal Komandanlığının Livan sərhədi yaxınlığındakı qərargahına səfəri zamanı deyib.
“Müdafiə strukturları İranın Suriyada möhkəmlənməsinin qarşısını alacaq və İran silahlarının Livan və Hizbullaha ötürüldüyü kanalları bağlayacaq. İsrailin mülki əhalisinə və İsrail Müdafiə Qüvvələrinin üzvlərinə hər hansı hücum cəhdinə qarşı sərt tədbirlər görəcəyik”, – deyə nazir görə bildirib.