11 C
Baku
Sunday, November 17, 2024

Bolqarıstan İstanbul terrorunda təqsirli bilinən şəxsi Türkiyəyə təhvil verib – Foto

Bolqarıstan 2022-ci il noyabrın 13-də İstanbulda, İstiqlal prospektində törədilən terror aktında şübhəli bilinən şəxsi Türkiyə hüquq-mühafizə orqanlarına təhvil verib.

Bunu Türkiyənin Daxili işlər naziri Süleyman Soylu T24 telekanalına müsahibəsində deyib.

“Bilal Həsəni (hücumun planlaşdırılmasına məsul şəxs) Ədirnə vilayətindən götürüb xaricə aparan Xəzni Gəlgənin Bolqarıstanda olduğunu müəyyən etdik. Biz məsələni Bolqarıstan tərəfi ilə müzakirə etdik. Çərşənbə axşamı saat 18:00 radələrində o, Ədirnədə bizə təhvil verildi”, – deyə nazir bildirib.

Soylu köməyə görə Sofiyaya minnətdarlıq edib.

63bde588eb10bb0e70ef324b

MənbəApa
Son xəbərlər
Digər xəbərlər