ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) 2024-cü il üçün neftin qiymətinin proqnozunu müəyyənləşdirib.
“Brent” markalı etalon neftinin bir barelinin dəyərinin 77.57 dollar, WTI markalı neftinin isə 71.57 dollar olacağı gözlənilir.
Bununla yanaşı EIA bu il üçün neftin qiyməti üzrə proqnozunu endirib. Belə ki, qurumun hesablamalarına əsasən, 2023-cü ildə “Brent” neftinin ortalama qiyməti 83.1 dollar səviyyəsində olacağı ehtimal olunur. Bu, əvvəlki proqnoz göstəricisi ilə müqayisədə 9.26 dollar azdır. Proqnoza əsasən, WTI markalı neftin ortalama qiyməti cari ildə 77.18 dollar səviyyəsində olacaq, bu da öncəki proqnoz göstəricidən 9.18 dollar azdır.
Qeyd olunur ki, ötən il “Brent”in ortalama qiyməti 100.94 dollar (öncəki proqnoz 101.48 dollar), WTI-ın isə 94.91 dollar (ötən proqnoz 95.22 dollar) təşkil edib.