Kadırov Ukraynada döyüşən çeçenlərin sayını açıqlayıb

Ukraynada müharibə başlayandan bu günə qədər 21 mindən çox çeçen Rusiya tərəfindən döyüşlərdə iştirak edib.

Bu barədə məlumatı Çeçenistan rəhbəri Ramzan Kadırov açıqlayıb.

Onun sözlərinə görə, həmin şəxslərdən 9 mindən çoxu hazırda Ukraynada ön cəbhədədir.

Kadırov, həmçinin qeyd edib ki, hazırda döyüşlərdə iştirak edən çeçen qüvvələrinin komandirləri ilə şəxsən əlaqədədir.

 

MənbəQafqazinfo
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər