14 C
Baku
Saturday, November 16, 2024

“Cəbrayıl” Yarımstansiya və Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi 6 milyon manata başa gələcək

“Azərişıq” ASC “Şans Construction” MMC ilə 6 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə Cəbrayıl şəhəri ərazisində yeni 35/0,4 kV-luq “Cəbrayıl” Yarımstansiya və Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi, 35 kV-luq iki dövrəli kabel xəttinin çəkilməsi işlərinin satın alınması nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 5 948 882 manatdır.

Xatırladaq ki, Oktyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəbrayılda “Azərişıq” ASC-nin 35 kilovoltluq yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin təməlqoyma mərasimində iştirak edib.

Son xəbərlər
Digər xəbərlər