İdxal olunan malların ƏDV-dən azad olunması bizim də marağımızdadır.
Bunu Dövlət Gömrük Komitəsinin katibliyinin rəisi Əsgər Məmmədov bildirib. Onun sözlərinə görə, lakin hər bir azadolma büdcə üçün itkiyə səbəb olur.
“Məqsədimiz tezliklə rəqəmsal gömrüyün qurulmasıdır. İstəyirik ki, mallar ölkəyə daxil olmamışdan əvvəl elektron qaydada bizim sistemə daxil olsun. Ötən il ilk dəfə Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə daxilolmaların həcmi 5 mlrd. manatı ötüb. ƏDV üzrə daxilmalar isə 4 mlrd. manatı ötüb. Dövlət büdcəsinə isə plandan 1 mlrd. manatdan artıq vəsait ödənilib “, – deyə Əsgər Məmmədov əlavə edib