“Ukraynanın NATO-ya üzvlüyü istiqamətində “açıq qapı” siyasəti kifayət etmir”.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski yanvarın 11-də keçirdiyi mətbuat konfransı zamanı bildirib.
“Ukrayna sentyabr ayında NATO-ya sürətli üzvlük üçün müraciət etdi, lakin o vaxtdan bəri proses irəli getmədi. Bu gün Ukraynaya NATO-dakı ölkələrin dəstəyi kifayət etmir. İsveç və Finlandiyanın üzvlük məsələsində olduğu kimi səmərəli və reallığa əsaslanan şəkildə qərar verilməlidir”, – deyə Zelenski qeyd edib.