Avropa İttifaqının Kiyev üçün 2023-cü il üçün ümumi həcmi 18 milyard avro olan makro-maliyyə yardımı proqramının birinci tranşı yanvarda köçürüləcək.
Bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen İsveçin Baş naziri Ulf Kristerssonla birgə mətbuat konfransında deyib.
“Bu makro-maliyyə yardım proqramı Aİ-nin tərəfdaş ölkəyə ayırdığı ən böyük yardım proqramıdır”, – Lyayen bildirib.