2022-ci ildə dövlət büdcəsinə vergi daxilolmaları 2021-ci illə müqayisədə 82.2% artıb.
Banker.az xəbər verir ki, bununla bağlı iqtisadiyyat naziri Mikayıl Cabbarov öz rəsmi Twitter hesabında paylaşım edib.
Nazir qeyd edib ki, 2022-ci ildə büdcəyə vergi daxilolmaları 15 mlrd. 541.5 mln. ₼ təşkil edib.
Bu dövr əzrində qeyri neft-qaz sektoru üzrə daxilolmalar isə 8 mlrd. 134,9 mln. ₼ olub. Bu da illik müqayisədə 27.9% çoxdur.