Ötən il Azərbaycanda qızıl və mis istehsalı azalıb. Ölkədəki gümüş istehsalında isə kəskin artım olub.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, 2022-ci ildə ölkədə 3174.7 kq qızıl istehsal olunub. Bu göstərici 2022-ci ilə nibsətən 5.3% azdır.
Mis istehsalında da illik 6% azalma müşahidə olunur. Ötən il Azərbaycanın mis istehsalının həcmi 2519.8 ton təşkil edib.
Komitənin məlumatına əsasən, keçən il gümüş istehsalında kəskin – 60.1% artım olub. Belə ki, il ərzində ölkədə 7776.6 kq gümüş istehsal edilib.
Qeyd edək ki, 01.01.2023-cü il vəziyyətinə ölkədə 68 kq hazır qızıl, 48 kq hazır gümüş, 57.4 ton hazır mis ehtiyatı var.