8 C
Baku
Friday, December 13, 2024

Rusiya sərhədini avtomobillə keçmək üçün tarix və vaxtı rezervasiya etmək lazım olacaq – Yenilənib

Rusiya Federasiyasının sərhədini avtomobillə keçmək üçün tarix və vaxtı (saatı) rezervasiya etmək lazım olacaq.

Bu barədə “Rusiya Federasiyasında avtomobil yolları və yol fəaliyyəti haqqında” qanuna müvafiq dəyişiklikləri Dövlət Dumasının Nəqliyyat və İnfrastrukturun İnkişafı Komitəsinin rəhbəri Yevgeni Moskviçev hazırlayıb.

Sərhədin keçməsi üçün belə prosedurun 2024-cü il martın 1-nə kimi tətbiq edilməsi təklif edilir.

Lakin təşəbbüsün əsas müddəaları bu il martın 1-dən qüvvəyə minə bilər.

Sürücülər Rusiya Federasiyası Nəqliyyat Nazirliyinin tabeliyində olan elektron daşıma sənədlərinin dövlət informasiya sisteminin platforması vasitəsilə tarix və vaxtı rezerv edə biləcəklər.

Xidmət ödənişsiz göstəriləcək.

Ərizəçi artıq rezervasiya edilmişlər istisna olmaqla, istənilən tarix və vaxtı rezerv edə biləcək.

***

Rusiya sərhədini avtomobillə keçmək üçün əvvəlcədən tarix və vaxtın rezervasiyasının tələb olunması ilə bağlı qanunvericiliyə düzəlişlərə aydınlıq gətirilib.

Qanunvericiliyə düzəlişin müəllifi, Dövlət Dumasının Nəqliyyat və İnfrastrukturun İnkişafı Komitəsinin rəhbəri Yevgeni Moskviçev bildirib ki, Rusiya Federasiyasının sərhədini avtomobillə keçmək üçün tarix və vaxtın rezervasiyası yalnız yükdaşıma nəqliyyatına aiddir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər