Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənin minimum əməkhaqqı artımını etmədiyi təqdirdə vətəndaşın hara müraciət etməsi ilə bağlı məsələyə aydınlıq gətirib.
Qurumun Bakı Şəhər İdarəsinin rəis müavini Fərid Bağırov qurumun sosial şəbəkə hesabında canlı yayım zamanı bildirib ki, bu prosesə nəzarəti Dövlət Əmək Müfəttişliyi Xidməti həyata keçirir: “Xidmətin müvafiq şöbələri tərəfindən əmək və məşğulluq alt sisteminə baxış keçirilir, müqavilələr araşdırılır. Həmçinin vətəndaş müraciətləri, o cümlədən KİV-ə olunan müraciətlər də araşdırılır.
Biz tövsiyə edərdik ki, işəgötürənlər fevralın 1-dən bu prosesi həyata keçirsinlər. İşçilər üçün minimum əməkhaqqı 345 manat olmalıdır. Qanunvericiliyin tələblərini pozanlarla bağlı fevral ayından etibarən müvafiq addımlar atılacaq”.
Qeyd edək ki, bu, natamam iş vaxtında çalışan şəxslərə aid deyil.