12 C
Baku
Saturday, November 23, 2024

“BTB Kapital İnvestisiya Şirkəti” kapitalını kəskin azaldır

“BTB Kapital İnvestisiya Şirkəti” ASC-nin nizamnamə kapitalı 650 min manat azaldılaraq 1 milyon manatdan 350 min manata endirilib.

Banker.az xəbər verir ki, ASC-nin yeganə səhmdarı “Bank BTB” ASC “BTB Kapital İnvestisiya Şirkəti” ASC-nin səhmlərinin nominal qiymətini 650 manat azaldaraq 1000 manatdan 350 manata endirib. “BTB Kapital İnvestisiya Şirkəti”nin nizamnamə kapitalı 1000 səhmdən ibarətdir.

Səhmlərin nominal dəyərinin azaldılması ilə əlaqədar olaraq Şirkətin nizamnamə kapitalı 1 milyon manatdan 350 min manata düşüb.

Son xəbərlər
Digər xəbərlər