13 C
Baku
Friday, November 22, 2024

Ölkədə ən çox hansı bank kartları ilə ödəniş olunur – ‘Visa’ yoxsa ‘MasterCard’?

Azərbaycanda  rezident və qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə 2022-ci ildə  6 milyard 467.87 milyon manatlıq ödənişlər həyata keçib.

Banker.az bunu Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bu ödənişlrin  6 mlrd. 277.33 mln. manat yerli bankların, 190.54 mln. manatı isə əcnəbi bankların payına düşüb.

Rezident banklar tərəfindən buraxılan kartların ən çox ödəniş edildiyi kart “Visa” kartları ilə baş tutub ki, onların payı ümumidə 60.5%-dir. Belə ki, rezident bankların “Visa” kartları ilə  46.95 mln. ədəd əməliyyat aparmış, bunun da həcmi 3 milyard 798.74 milyon manat təşkil edib.

İkinci sırada isə “MasterCard”dır. Onun vasitəsi ilə  19.91 milyon əməliyyat aparılıb ki, bu da 2 milyard 414.44 milyon manatlıq əməliyyatı əhatə edir.

Rezident bankların kartlarından digər sırada “American Express” və Çinin “UnionPay”i də yer alır.

Azərbaycanda qeyri-rezident bankların buraxdığı kartlardan aparılan əməliyyatlarda da “Visa” və “MasterCard” ilk sıradadır. Hətta onlar arasındakı fərq rezident bank kartlarından bir qədər azdır.

SİYAHI BELƏDİR:

2342342342342423

Son xəbərlər
Digər xəbərlər