ABŞ Rusiya ordusunun 531 hərbçisinə sanksiya tətbiq edib.
Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Bildirilir ki, rus hərbçilərə viza məhdudiyyəti tətbiq edilib
Dövlət Departamentinin məlumatına görə, hərbçilər üçün viza məhdudiyyətləri “Ukraynanın suverenliyini, ərazi bütövlüyünü və ya siyasi müstəqilliyini təhdid edən və ya pozan hərəkətlərə görə” tətbiq edilir. Hərbçilərin adları açıqlanmayıb.