2022-ci ilin yanvar-noyabr aylarında ölkəyə 61 637 ədəd minik avtomobili, 4 556 ədəd yük avtomobili, 374 ədəd avtobus idxal olunmuşdur.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
2022-ci ilin 11 ayında Azərbaycana ümumilikdə 50 mln. 884 min dollar məbləğində avtobus idxal edilib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 56.1% çoxdur.
Statistik məlumatlara əsasən, hesabat dövründə respublikaya ümumilikdə 374 ədəd avtobus (artım 75.6%) idxal olunub.
Cari ilin 11 ayında bir avtobusun orta idxal qiyməti təxminən 136 min dollar (231 min manat) təşkil edib.