12 C
Baku
Saturday, November 23, 2024

Dünyanın avtomobil liderinin adı açıqlandı

Yaponiyanın “Toyota Motor” şirkəti 2022-ci ildə ən çox avtomobil satan şirkət olub.

“Toyota Motor” şirkəti ötən il 10,5 milyon avtomobil satıb.

Bu göstəriciyə baxmayaraq, şirkətin qlobal satışlarının 0,1 faiz azaldığı bildirilir.

Yaponiyada “Toyota” avtomobillərinə tələbat 9,6 faiz azalaraq 1,9 milyona düşüb, lakin daxili satışlardakı azalma 8,6 milyon avtomobilin xaricə rekord satışı ilə kompensasiya edilib.

“Toyota”nın əsas rəqibi “Volkswagen” şirkəti 2022-ci ildə 8,3 milyon avtomobil sata bilib.

Son xəbərlər
Digər xəbərlər