13 C
Baku
Wednesday, May 8, 2024

Muğanbank müddətli manat əmanətinin faizlərinə dəyişiklik edib

Muğanbank-ın təklif etdiyi manatda olan müddətli əmanətin faizlərində dəyişiklik edilib.

Banker.az bu barədə banka istinadən xəbər verir.

Hazırda 12 ay müddətinə qoyulan manat əmanətinə aylıq 9%, müddətin sonunda isə 9.5% hesablanır. Əvvəl isə bu faizlər müvafiq olaraq 10% və 10.5% idi.

Qeyd edək ki, Muğanbankda müddətli manat əmanətini 3, 6, 12 və 24 aylıq saxlamaq olar. 3 aylıq əmanətdə aylıq 4%, 6 aylıq əmanətdə aylıq 5% hesablanır. 24 aylıq manat əmanəti üçün isə hazırda aylıq 10%, müddətin sonunda 10.5% ödəniş olunur.

3 və 6 aylıq əmanət yerləşdirmək üçün minimal 500 AZN, 12 və 24 aylıq əmanət üçün isə minimal 1000 AZN tələb olunur.

Son xəbərlər
 ⁠
Digər xəbərlər