Ukraynada dünyanın ən böyük alüminium istehsalçılarından biri, Rusiya sanksiyasına məruz qalan oliqarxın əmlakına həbs qoyulub.
Bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.
Ukraynanın ən böyük metallurgiya alüminium oksidi və alüminium hidroksid istehsalçısının 870 min dollardan çox əmkalı həbs edilib.
Şirkətin vəsaiti Dövlət Gömrük Xidmətinin depozit hesabında olub. Baş Prokurorluq oliqarxın adını çəkmir, lakin onun holdinqinin dünyanın ən böyük alüminium istehsalçılarından biri olduğunu qeyd edir.