Azərbaycanda banklar 1 fevral tarixindən etibarən depozit alan müştərilərinə xəbərdarlıq edib.
Banker.az-a daxil olan məlumata görə, depozit yerləşdirmək istəyən banklara Vergi Məcəlləsi əsas gətirlərək 01.02.2023 tarixindən sonra əmanət və kart qalıqları üzrə ödənilən illik faiz gəlirlərinin 10% məbləğində vergi tutulacağı ilə bağlı xəbərdarlıq edilib.
Banklarda olan əmanətlər 2016-cı il fevralın 1-dən etibarən 7 il müddətində vergidən azad edilmişdi. Belə ki, “Vergi Məcəlləsi”nin 102.1.22-ci maddəsinə əsasən, yerli bank və xarici bankın Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri gəlir vergisindən azad idi.
Ancaq bu müddət bugündən başa çatır.