Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilən İran vətəndaşı tutulub.
Cinayət Məcəlləsinin 206-cı (Qaçaqmalçılıq) maddəsi ilə İnterpol vasitəsilə axtarışa verilən 1979-cu il təvəllüdlü Bahar Pour Soheilinin İranda olduğu müəyyən edilib. O, saxlanılaraq istintaqa təhvil verilib.
Qeyd edək ki, İran vətəndaşı barəsində Azərbaycan Dövlət Gömrük Komitəsi tərəfindən cinayət işi başlanılıb.