Türkiyə İsveç və Finlandiyanın Madriddə imzalanan üçtərəfli Memorandumun şərtlərini yerinə yetirmədikləri halda, onlara qarşı hər hansı təhdid olsa belə, NATO-ya üzvlüklərini təsdiqləməyəcək.
Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu estoniyalı həmkarı Urmas Reinsalu ilə birgə mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, Türkiyənin öz təhlükəsizlik narahatlıqları var və bu ölkələrin NATO-ya üzv ola bilməkləri üçün həmin narahatlıqlar qarşılanmalıdır.