İndiyədək sənaye zonaları üzrə 116 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və bunlardan artıq 65-i istehsala başlayıb. Sahibkarlar tərəfindən sənaye zonalarına 6.47 milyard manatdan çox investisiya yatırılıb və 10300-dən artıq daimi iş yeri yaradılıb.
Banker.az İqtisadiyyat Nazirliyindən əldə etdiyi məlumata əsasən xəbər verir ki, mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 460 milyon manata yaxın investisiyanın yatırılması və 4500-dən artıq yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Sənaye zonaları üzrə indiyədək ümumilikdə 8.8 milyard manatlıq məhsul istehsal edilib ki, bunun 2.9 milyard manatlıq və ya 33%-ə yaxın hissəsi ixrac olunub.