2022-ci ildə “Facebook”, “Instagram” və “WhatsApp”ın sahibi olan “Meta” şirkətinin gəlirləri azalıb.
Şirkətin birjaya daxil olduğu 2012-ci ildən sonra ilk dəfə gəlir azalması baş verir.
Şirkətin 2022-ci ildə gəlirləri 116.61 milyard dollar olub. Bu da 2021-ci illə müqayisədə 1% azdır.
Maliyyə hesabatı açıqlandıqdan sonra şirkətin səhmlərinin ucuzlaşacağı bildirilsə də, ABŞ-da birjalar açıldıqda əks proses baş verib.