2 fevral tarixində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 8 ticarət müəssisəsi və 14 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 11 müəssisədə nöqsanlar müəyyən olunub.
Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.
Bu müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 9, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 3, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı 1, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 6, ev şəraitində hazırlanan məhsulların satışı ilə bağlı 3 nöqsan aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
Yoxlama nəticəsində obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması, ev şəraitində hazırlanan məhsulların satışı ilə bağlı nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:
№ | Sahibkarlıq subyekti | Ünvan | Aşkar olunan nöqsanlar |
Ticarət obyektləri | |||
1 | “Məhəllə” market | Nəsimi rayonu, E.Tağıyev və V.Plotnikov küçələrinin kəsişməsi, ev 746 |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması 2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
2 | “28” topdan satış mağazası | Nəsimi rayonu, M.Qaşqay küç., ev 11 | 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması 2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
3 | “Murad” topdan satış mağazası | Nəsimi rayonu, M.Qaşqay küç., ev 10, m. 2 | 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması 2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
4 | “Bakı” topdan satış mağazası | Nəsimi rayonu, V.Plotnikov küç., ev 29 | 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması 2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi 3.Ev şəraitində hazırlanan məhsulların satışı |
5 | Alıyev Sahib Qurbət oğluna məxsus ərzaq mağazası | Şamaxı şəhəri, Ü.Hacıbəyov küçəsi | 1.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu 2.Azərbaycan dilində markalanması olmayan məhsulların satışı 3.Ev şəraitində hazırlanan məhsulların satışı |
İctimai iaşə müəssisələri | |||
6 | “Continental” hotelində restoran | Binəqədi rayonu, Ə.Rəcəbli küç., ev 13 | Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
7 | “Çörək Ağacı” kafesi | Yasamal rayonu, İzmir küç., ev 9 | Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
8 | “Qədim Qəbələ” restoranı | Yasamal rayonu, A.M.Şərifzadə küç., ev 33 | 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması 2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi 3.Ev şəraitində hazırlanan məhsulların satışı |
9 | “Love City” kafesi | Səbail rayonu, Ü.Hacıbəyov küç., ev 18 | 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi 2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
10 | “New Baku” hotelində restoran | Nəsimi rayonu, H.Əliyev küç., ev 9C | Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
11 | “Əriklik” restoranı | Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi | 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi 2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |