Şadlıq sarayları menyuların qiymətini artırıb.
Xüsusən 40 manatadək olan menyularda qiymət daha çox bahalaşıb.
Bunu elə restoran inzibatçıları da təstiqləyir.
Məlumata görə, hazırda 40 manata kimi menyularda qiymətlər 30 faizə qədər artıb.
İnzibatçıların sölərinə görə, artımların səbəbi şadlıq evlərindəki gəlirlə xərcin tərs mütənasib olmasıdır.
Bununla yanaşı, dəyəri 40-80 manat olan menyuların qiyməti də 20 faizdən çox yüksəlib. Dəyəri 100 manatdan çox olan menyuların qiymətində də 17 faiz civarında artım qeydə alınıb.
Qeyd edək ki, qiymətlərin daha da artmaması üçün restoranlar çəkiliş və musiqi heyətini bəzən menyudan çıxarırlar.