8 C
Baku
Thursday, December 12, 2024

“Milla”ya məxsus 9 ton süd məhsulu, “Sun Food”a məxsus 21 ton qida məhsulu məhv edilib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər görür, həmçinin bu istiqamətdə sahibkarlıq subyektləri ilə birgə əməkdaşlığı davam etdirir.

Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.

İstehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı Agentliyə daxil olan müraciət əsasında, “AZ FP CO LTD” MMC-yə məxsus 73 adda 9 ton müxtəlif növ süd məhsulu, “Sun Food” MMC-yə məxsus ümumi çəkisi 20.95 ton müxtəlif növ qida məhsulu “EkoSum” MMC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

 

Son xəbərlər
Digər xəbərlər