Baş prokurorluğun mətbuat xidmətinin rəhbəri vəzifəsinə təsdiq olunub.
Baş prokuror Kamran Əliyevin əmrinə əsasən, Hacıyev Saleh Ruslan oğlu Mətbuat xidmətinin rəhbəri təyin olunub.
Qeyd edək ki, bir müddət əvvəl Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə tutduğu vəzifədən azad olunaraq Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində müvafiq vəzifəyə təyin edilib.
İndiyə qədər Saleh Hacıyev mətbuat xidmətinin rəhbəri vəzifəsini müvəqqəti icra edirdi.