Bakı Nəqliyyat Agentliyi tərəfindən verilən müvafiq sərəncam ilə 44 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımalar “BakuBus” MMC-yə həvalə edilib.
Banker.az bu barədə BNA-ya istinadən xəbər verir.
Məqsəd, 15 min nəfərdən artıq sakinin yaşadığı Zığ qəsəbəsi istiqamətində sərnişindaşımaların daha rahat və təhlükəsiz formada daşınmasını təmin etməkdir.
Sərəncama əsasən “BakuBus” MMC-yə 08 fevral 2023-cü il tarixindən Zığ qəsəbəsi – “Qara Qarayev” metrostansiyası istiqamətində hərəkət edən 44 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımalarını təşkil etmək tapşırılıb.