14 C
Baku
Saturday, November 23, 2024

Hindistan Ermənistanla hərbi əməkdaşlığı genişləndirir

Ermənistan müdafiə nazirinin müavini Karen Brutyan Hindistanın müdafiə naziri Racnat Sinq ilə görüşüb.

Ölkələr arasında müdafiə və hərbi-texniki əməkdaşlığın genişləndirilməsi müzakirə edilib.

Görüş Brutyanın işgüzar səfəri çərçivəsində “Aero India 2023” hava sərgisində iştirakı çərçivəsində baş tutub.

Qeyd edək ki, bu gün həm də Ermənistanın XİN başçısı Ararat Mirzoyanla Hindistanın İrəvandakı fövqəladə və səlahiyyətli səfiri arasında görüş olub. Nazir Hindistanla əlaqələrin dinamik inkişafından məmnunluğunu ifadə edib.

O, diplomatik fəaliyyətini başa vurmaqda olan səfir Kişan Dan Deval ilə ikitərəfli əlaqələri müzakirə edib. Həmçinin əməkdaşlığın daha da möhkəmləndirilməsi və regional təhlükəsizliyin təmin edilməsindən danışılıb.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər