12 C
Baku
Saturday, November 23, 2024

ABŞ dolları yenidən bahalaşmağa başladı – Avro/dollar 6 həftənin minimumunda

ABŞ-dan gələn iqtisadi göstəricilər fonunda birjalarda risk iştahı bir qədər pozulub, DXY-nin indeksi yenidən 104 bəndi ötüb.

Banker.az xəbər verir ki, ötən gün ABŞ-ın istehsalçı qiymətləri indeksi (PPI) dekabr ayında 0.2% azaldığı halda 2023-cü ilin yanvarında gözlənilməz dərəcədə artaraq 0.7% təşkil edib. İqtisadçıların böyük əksəriyyəti indeksin 0.2% artım edəcəyini konsensus olaraq proqnoz etmişdilər.

Bu da ABŞ mərkəzi bankı Federal Ehtiyat Sistemini yenidən uçot faiz dərəcəsinə artıma getməsi ehtimalını artırdığından dollar üçün alış, digər valyutalar üçün satış əməliyyatlarına sövq edir. Nəticədə ABŞ dolları bahalaşır.

Digər mühüm göstərici isə ABŞ-da işsizlik müavinəti üçün müraciət edənlərin sayının yanvar ayında 200 000 olacağı halda, 194 000 təşkil edib. Buda o deməkdir ki, əmək bazarı hələ ki soyumur. Nəticə etibarı ilə ABŞ-də inflyasiyanın yüksəkdə qalması ehtimal üçün əsasdır.

Bu xəbərlərdən sonra avro/dollar cütlüyünün məzənnəsi 2023-cü ilin ikinci iş həftəsindən bu tərəfə minimuma düşmüş oldu. EUR/USD cütlüyü sessiya açılandan 0.3% enişlə 1.0636 səviyyəsinə düşüb.

Altı əsas valyuta cütlüyünə qarşı ölçülən dolların indeksi (DXY)  0.53% artımla 104.343 bəndə yüksəldi ki, 6 həftəlik maksimumdu.

Riskə həssas Avstraliya  dolları 0.49% ucuzlaşaraq 0.9842 USD səviyyəsinə, Yeni Zelandiya dolları 0.6% enişlə 0.6220 USD səviyyəsinə düşüb.

İngilis funt-sterlinqi isə 0.4% enişlə 1.1950 USD səviyyəsindən də aşağı düşüb.

Dollar yapon yeninə qarşı 0.6% bahalaşma ilə 134.75 səviyyəsinə yüksəlib.

 

Son xəbərlər
Digər xəbərlər