10 C
Baku
Wednesday, November 27, 2024

Bank hesablarından oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

Bank hesablarından oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Abşeron rayon sakini K.Nəsibovun bank hesabından 470 manatını oğurlamaqda şübhəli bilinən Corat qəsəbə sakini Əliyar Əhmədov müəyyən olunaraq saxlanılıb.

Binəqədi RPİ 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən isə Bakı şəhər sakini M.Adıgözəlovanın bank hesabından 108 manatını oğurlamaqda şübhəli bilinən paytaxt sakini Amir Muradov saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər