16 C
Baku
Friday, October 18, 2024

Mobil internetin ən ucuz və baha olduğu ölkələr

Mobil internetin ən ucuz olduğu ölkə İsraildir – 1Gb üçün 0.04 dollar.

Böyük Britaniyanın “Cable” analitika resursu 2022-ci ildə mobil internet qiymətlərinin ən ucuz və baha olduğu ölkələrin siyahısını dərc edib.

Siyahıda ilk beşliyə İsraillə yanaşı, İtaliya (1Gb üçün 0.12 dollar), San-Marino (0.14 dollar), Fici (0.15 dollar) və Hindistan (0.17 dollar) daxildir.

“Cable” analitika resursunun məlumatına görə, 1Gb mobil internetin qiyməti Almaniyada 2.67 dollar, Portuqaliyada 3.67 dollar, Yaponiyada 3.85 dollar, ABŞ-da 5.62 dollar təşkil edir. Folklend adalarında qiymətlər 38.45 dollar, Müqəddəs Yelena adasında isə 41.06 dollardır

Tədqiqatda qeyd olunur ki, yüksək infrastruktura malik ölkələrdə daha ucuz renkinq hissələri tapmaq olur. Keyfiyyətli optik şəbəkələr, həmçinin inkişaf etmiş mobil və stasionar genişzolaqlı infrastrukturun mövcudluğu provayder və mobil rabitə operatorlarına istifadəçilərə daha ucuz qiymətə başa gələn əlverişli paketlər təklif etməsinə imkan yaradır.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər