11 C
Baku
Tuesday, November 26, 2024

Almaniya Rusiyanın 5 milyard avrodan çox aktivlərini dondurub

Rusiya Ukraynada müharibəyə başlayandan bəri Almaniya hakimiyyəti Rusiyanın 5,32 milyard avro məbləğində aktivlərini dondurub.

Bu barədə “Welt am Sonntag” qəzeti Almaniya Maliyyə Nazirliyinə istinadən məlumat yayıb.

Bildirilib ki, buraya Avropa İttifaqının (Aİ) sanksiya siyahısına daxil edilmiş fiziki şəxslərin və şirkətlərin, həmçinin Rusiya Mərkəzi Bankının aktivləri daxildir.

Xatırladaq ki, daha əvvəl məlumat verilmişdi ki, Qərb ölkələri ümumilikdə Rusiyanın valyuta ehtiyatlarının təxminən yarısını – 300 milyard dolları dondurub.

Son xəbərlər
Digər xəbərlər